azia.az
azia.az

BƏƏ neft hasilatınının dondurulmasını dəstəkləyir

17-02-2016, 12:17

BƏƏ neft hasilatınının dondurulmasını dəstəkləyir Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) əsas neft hasil edən ölkələr arasında neft hasilatınının dondurulmasına dair təklifi dəstəkləyir.
Bu barədə BƏƏ neft naziri Süheyl əl-Məzrui bəyan edib.
O deyib ki, BƏƏ-nin neft sahəsindəki siyasəti bazarın stabilliyinə yardım edəcək bütün neft hasil edən ölkələr üçün açıqdır: "Biz gələcəyə nikbinliklə baxırıq".
Daha əvvəl Rusiya, Səudiyyə Ərəbistanı və Venesuela fevralın 16-da Dohada keçirilmiş danışıqların yekunu üzrə məlumat veriblər ki, neft hasilatını yanvardakı səviyyədə dondurmağa hazırdırlar. Bunun üçün digər istehsalçılar da bu təşəbbüsə qoşulmalıdırlar.
Dünyanın əsas neft hasil edən ölkələri arasında danışıqların yeni raundu fevralın 17-nə planlaşdırılıb.
Qeyd edək ki, neftin qiymətlərinin azalması səbəblərindən biri kimi hasilatın artırılması göstərilir. Görüşə İran və İraq nümayəndələri də qatılacaqlar.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi