azia.az
azia.az

İran Avropanın üç ölkəsinə neft satacaq

12-06-2016, 04:47

İran Avropanın üç ölkəsinə neft satacaq İran İspaniya, İtaliya və Yunanıstan şirkətləri ilə neftin tədarükünə dair sazişlər imzalayıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə İran Milli Neft Şirkətinin xarici əlaqələr üzrə direktoru Mohsen Kamsari bildirib.

“İran İtaliyanın “Saras”, İspaniyanın “Repsol” və Yunanıstanın “Hellenic Petroleum” şirkətləri ilə neftin satışına dair müqavilələr bağlayıb”, - deyə Kamsari bildirib. O həmçinin qeyd edib ki, hazırda “Shell” daxil olmaqla bir sıra nəhəng şirkətlərlə də danışıqlar davam etdirilir. Yaxın zamanda onlarla da neftin tədarükünə dair sazişlər imzalanacaq.

İran Milli Neft Şirkəti bundan əvvəl “Royal Dutch Shell”, “Vitol”, BP, MOL, “Eni” kimi şirkətlərlə danışıqlar apardığını bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi