azia.az
azia.az

Salyanda evə düşən ildırım yanğına səbəb oldu

Bu gün, 10:54

Salyan rayonunun Şorsulu kəndində ildırım fərdi yaşayış evinə düşüb, nəticədə yanğın baş verib.

Ölkə.az xəbər verir ki, hadisə kənd sakini Maarif Məmmədovun evində səhər saat 5 radələrində qeydə alınıb.

Yanğın nəticəsində evin bir otağı tamamilə yanaraq yararsız hala düşüb, evə və əşyalara ciddi ziyan dəyib.

Salyan Dövlət Yanğından Mühafizə İdarəsinin əməkdaşlarının operativ müdaxiləsi ilə alovun digər otaqlara keçməsinin qarşısı alınıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi