Nüvə razılaşmasının bərpasına əngəl yarandı: Rusiyadan İran üçün də gözlənilməz ŞƏRT - VİDEO
"Azad İran" "YouTube" kanalı İranla nüvə razılaşmasının bərpası ilə bağlı aparılan danışıqların nəticəsi barədə sujet hazırlayıb.
Danışıqlarla bağlı Rusiyanın istəyinə nail olduğu və İranla 2015-ci il nüvə razılaşmasının bərpası üzrə 11 aydan bəri Vyanada müəyyən fasilələrlə aparılan danışıqların heç bir nəticə vermədən dayandırıldığı qeyd edilib.
Halbuki, cəmi bir neçə gün əvvəl müzakirələrin iştirakçısı olan bütün tərəflərin, həm İranın, həm də Qərb ölkələrinin elçiləri danışıqların müsbət sonluğa yaxınlaşdığı barədə nikbin bəyanatlar verirdilər.
Martın 5-də Rusiya Federasiyası Vyanadakı müzakirələrlə bağlı yaxın müttəfiqi İranın özü üçün də gözlənilməz olan şərt irəli sürdü. Rusiyanın Xarici işlər naziri Sergey Lavrov keçirdiyi mətbuat konfransında bildirdi ki, rəsmi Moskva ABŞ-dan zəmanət tələb edib ki, hazırda Ukraynaya hərbi müdaxilə ilə əlaqədar Rusiyaya tətbiq edilmiş sanksiyalar nüvə razılaşması bərpa olunacağı təqdirdə onun İranla əməkdaşlığına şamil edilməyəcək. Özü də bu zəmanət yazılı şəkildə ən azı dövlət katibi səviyyəsində deyilməlidir.
Rusiyanın bu addımı əksər İran təhlilçiləri tərəfindən müsbət nəticənin bir addımlığında olan Vyana danışıqlarının açıq-aşkar sabotaj edilməsi kimi qiymətləndirildi. Daha kəskin reaksiyalar da oldu.
Daha ətraflı sujetdə: