azia.az
azia.az

Rusiya XİN rəhbərindən İrana görünməmiş dəstək

1-11-2021, 09:14


Moskva İranla nüvə razılaşmasında hər hansı dəyişikliyin edilməsinin qəti əleyhinədir.
Rusiya XİN rəhbərindən İrana görünməmiş dəstək
"Ölkə.az" xəbər verir ki, bu sözləri Rusiya XİN rəhbəri Sergey Lavrov İranın nüvə razılaşması ilə bağlı noyabrın sonuna Vyanada keçirilməsi nəzərdə tutulan müzakirələr haqda deyib.

O bildirib ki, nüvə razılaşmasının yenilənməsində hər tərəf maraqlı görünür:

“Ancaq razılaşma 2015-ci ildə BMT TŞ tərəfindən necə təsdiq edilibsə, o cür də yenilənməlidir. İstənilən əlavə, istənilən əksiltmə İran üçün qəbuledilməzdir. Biz də tam şəkildə bu yanaşmanı dəstəkləyirik”.

Qeyd edək ki, Birgə Hərtərəfli Fəaliyyət Planı 2015-ci ildə 6+1 (ABŞ, Böyük Britaniya, Almaniya, Çin, Fransa, Rusiya və İran) ölkələri arasında imzalanıb. 2018-ci ildə ABŞ-ın o vaxtkı Prezidenti Donald Tramp birtərəfli qaydada sazişdən çıxıb və Tehrana qarşı sərt sanksiyaları bərpa edib.

İran da mərhələli şəkildə öhdəliklərini azaldıb və nəhayət, uranın zənginləşdirilməsi səviyyəsini kəskin artırıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi