Mirkişili İrəvanda erməni deputata “həyasız” dedi
Ermənistan hökuməti o qədər çöküb ki, azərbaycanlı deputat Tahir Mirkişili hamının gözü önündə erməni deputat Artur Kazinyanı susduraraq, onu səsvermə hüququndan məhrum etməyi bacardı.
Azia.az Axar.az-a istinadla xəbər verir ki, bunu erməni siyasi şərhçisi Tevos Arşakyan yazıb.
Onun sözlərinə görə, Mirkişili “Paytaxtlar: postkovidal reallıqda iqtisadi inkişaf” adlı sənədin müzakirəsi zamanı slaydların birində Ermənistanın və “artsax”ın xəritəsini görəndə qəzəblənib:
“Bu təxribatdır! Həyasızlıqdır!” - deyə o, İrəvanda öz mövqeyini sərgiləyərkən bildirib.
“Heç kim də azərbaycanlı deputata etiraz etməyib. Nə siyasətçilər, nə də xalq. Cəmi bir neçə nəfər azərbaycanlı deputatların Ermənistana səfərinə etiraz əlaməti olaraq küçələrə çıxmışdı. Bu onu göstərir ki, Ermənistan cəmiyyətinin böyük və əsas hissəsi qorxur”, - erməni ekspert qeyd edib.