azia.az
azia.az

Azərbaycanlı deputatlar artıq Yerevana çatıb

21-02-2022, 12:54

Azərbaycanlı deputatlar artıq Yerevana çatıb
"Avronest" in komitə iclasında iştirak üçün gedən Azərbaycan deputatları artıq Yerevana çatıb. Bu haqda jurnalistlərə hakim "Vətəndaş müqaviləsi" partiyasından deputat, Ermənistanın "Avronest" də nümayəndə heyətinin rəhbəri Mariya Karapetyan bildirib. "Bildiyim qədər onlar artıq Yerevandadır, biri bitərəf deputatdır, digəri hakim partiyanı təmsil edir",- o deyib.

***

10:25

Fevralın 22-də Ermənistanın paytaxtı İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasları keçiriləcək. Tədbirlərdə Milli Məclisin deputatları, AVRONEST Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin üzvləri Tahir Mirkişili və Soltan Məmmədov iştirak edəcəklər. Bu barədə Milli Məclisdən məlumat verilib.

Azərbaycanlı deputatlar iclaslarda müzakirə olunacaq məsələlərə öz ölkəsinin mövqeyini bildirəcəklər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi