İrəvanda olan deputatımız erməniləri şoka saldı – “Yadıma düşəndə, özümü də gülmək tutur…”
"Enerji Komitəsinin iclasına sədrliyi mən edirəm, Ermənistan deputatına söz vermədim, yersiz danışırdı”.
Gundem.az xəbər verir ki, bunu deputat Tahir Mirkişili bildirib. Millət vəkili ermənilərin bundan şikayətləndiyini deyib:
"Şikayət edirlər ki, gör nə günə qalmışıq ki, İrəvanda sədr azərbaycanlı, bizə də söz vermir çıxış etməyə. Yadıma düşdükcə özümü də gülmək tutur”.
Qeyd edək ki, deputat Soltan Məmmədov və Tahir Mirkişili İrəvanda AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak edir.