azia.az
azia.az

Araz Ağalarovun 27 yaşlı xanımı ilk dəfə danışdı - Foto

Bu gün, 00:01

Rusiyalı iş adamı Araz Ağalarovun 27 yaşlı həyat yoldaşı Alena İvanova ilk dəfə müsahibə verib.

Axşam.az xəbər verir ki, uzun müddət ictimaiyyətdən uzaq həyat yaşayan Alena "VOICE" nəşrinə açıqlamasında öz biznesindən danışıb. Məlum olub ki, o, ev tekstili brendinin yaradıcısıdır. İvanova bildirib ki, brendi yaratmaq ideyası şəxsi ehtiyacından yaranıb.

"İşə, əlbəttə ki, yataq dəstləri ilə başlamağı planlaşdırmışdım. Bu, mənim şəxsi hekayəm və brendi yaratmağımın əsas səbəbi idi. Amma satışa ilk olaraq dəsmallar çıxarıldı. Çünki onların istehsalı daha sadə idi. Keyfiyyət baxımından bunlar adətən bir neçə dəfə baha satılan məhsullarla eyni səviyyədədir. Biz isə onları daha münasib qiymətə təqdim edə bildik" deyə, Alena bildirib.

Qeyd edək ki, Araz Ağalarovun müğənni Emin Ağalarovun anası İrina Ağalarova ilə yollarını ayırdığı və daha sonra Alena İvanova ilə ailə qurduğu məlum olub. Cütlüyün birgə iki övladının olduğu bildirilir.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi