azia.az
azia.az

Allahşükür Paşazadə: “Onların elədiyi müsəlmanlıq yox, şeytanlıqdır“

10-08-2016, 14:30

“Günahsız insanların ölümünə səbəb olanlara müsəlman deməyə heç kəsin haqqı yoxdur”

APA-nın “Anadolu agentliyi”nə istinadən verdiyi məlumata görə, bu sözləri Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Ankarada keçirilən 9-cu Avrasiya İslam Şurası Məşvərət Toplantısında deyib.

O bildirib ki, əgər FETÖ silah və tanklarla xalqa qarşı hərəkət edibsə, bu müsəlmanlıq deyil, şeytanlıqdır.

Allahşükür Paşazadə Türkiyədə dövlət çevrilişinə cəhd zamanı həyatını itirənlərə rəhmət diləyib, yaralılara tezliklə sağalmalarını arzulayıb: “Azərbaycan xalqı və dövləti olaraq Türkiyə dövləti və xalqının yanındayıq. 15 iyul gecəsi həm Azərbaycan, həm də Türkiyə üçün böyük imtahan oldu. Allaha şükürlər olsun ki, Türkiyə xalqı prezident Rəcəb Tayyib Ərdoğanın liderliyi ilə bu imtahanda qalıb oldu. Türk xalqı müstəqilliyinə sahib çıxdı və gələcəyinin asılılıq altına alınmasının qarşısını aldı. FETÖ ilə mübarizəmiz davam edəcək”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi