azia.az
azia.az

Energetik içkilərin çox içilməsinin ziyanı AÇIQLANDI

Dünən, 21:28

Rusiyalı həkimlər energetik içkilərin insan orqanizminə zərərlərini izah ediblər.

Xəbər verilir ki, kardioloq Yulia Frolova energetik içkilərin böyük dozalarda qəbulunun ürək üçün təhlükəli olduğunu önə çəkib.

Onun sözlərinə görə, enerji içkilərinin müntəzəm istehlakı ürək döyüntülərinin nizamsız olmasına və aritmiyalara səbəb ola bilər.

Nevroloq Yelena Surskaya qeyd edib ki, energetik içkilər qısamüddətli effekt verir və tez-tez istifadə etdikdə orqanizm ona öyrəşir: "Eyni effekti əldə etmək üçün isə getdikcə daha böyük doza tələb olunur. Bir şəxs qəfil bu cür içkilərdən imtina edərsə, baş ağrısı, əsəbilik, yorğunluqdan əziyyət çəkə bilər".

Həkimlər enerji içkilərini hamilə qadınlar, yeniyetmələr, ürək-damar xəstəlikləri olan xəstələr və miqrendən əziyyət çəkən insanlar üçün əks göstəriş hesab edirlər.(oxu.az)


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi