azia.az
azia.az

Ramiz Mehdiyev kimlərin "başını yeyəcək?" — APA məlumat YAYDI

Bu gün, 11:27

"Ramiz Mehdiyevin qurduğu şəbəkənin görünən və görünməyən üzvlərinin hamısı ifşa olunacaq”.

Azia.az  xəbər verir ki, bu barədə APA-nın yaydığı məlumatda bildirilir.

"Amma onların özlərinin aidiyyəti orqana gəlib istintaqla əməkdaşlıq etməsi daha düzgün addım olardı. Digər tərəfdən, bir çoxlarının fəaliyyəti də, niyyətləri də, əməlləri də bəlli olduğuna görə, tövbə qapısının hələ də açıq olduğunu unutmamalıdırlar”, – məlumatda bildirilib.

APA  həmin şəxslərin kimliyinə də eyhan vurub. 

“Ramiz Mehdiyevin yaxın ətrafında olub, onun fikirdaşı qismində tanınanlar arasında sabiq XİN rəhbəri Elmar Məmmədyarov, Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənov, sabiq mədəniyyət naziri Əbülfəs Qarayev, özünü “hakimiyyətin bolşeviki” hesab edən, vaxtilə AXCP-nin gənclər təşkilatının fəalı olan Azər Qasımov, sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudov və onun müəyyən məqsədlər üçün Abxaziyaya pul ötürən qudası Cahangir Hacıyev, bu xəyanətkar şəbəkənin digər üzvləri tövbə edib, aidiyyəti yerdə sədaqət andı içməlidirlər.

Əlbəttə ki, Ramiz Mehdiyevin “qara kassası” Ziya Məmmədov da kənarda qalmamalıdır. Yeri gəlmişkən, Ziya Məmmədovun Göyçayda Mehdiyev üçün tikdirdiyi böyük villa hələ də yerində qalır. Elə bu şirin əlaqələrin nəticəsi idi ki, Ramiz Mehdiyev AMEA-ya gələndə ətrafına yığdığı “sadiqləri” arasında başda Ziya Məmmədovun qardaşı, sabiq deputat Elton Məmmədov dayanırdı. Elton Məmmədov AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin edilmişdi və Ramiz Mehdiyev üçün rüşvət sxeminin qurulması, onun idarə edilməsi ilə məşğul olan əsas iki adamdan biri idi",-deyə məlumatda qeyd olunub.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi