azia.az
azia.az

Həm ABŞ,həm də Aİ anlayır ki,Putinin aqressiyası Avro-Atlantik məkanın təhlükəsizliyinə təhdiddir

10-01-2022, 08:44

Həm ABŞ,həm də Aİ anlayır ki,Putinin aqressiyası Avro-Atlantik məkanın təhlükəsizliyinə təhdiddir
Həm ABŞ,həm də Aİ anlayır ki,Putinin aqressiyası Avro-Atlantik məkanın təhlükəsizliyinə təhdiddir
İsveçrənin Cenevrə şəhərində ABŞ və Rusiya nümayəndələri arasında "təhlükəsizlik zəmanətləri"adlı görüşdə bir çox məsələlər müzakirə olunur.Bundan əlavə,ayın 12-də Rusiya-NATO görüşü baş tutacaq.Qazaxıstandakı son hadisələri də nəzərə alsaq belə demək mümkündür Cenevrədəki ABŞ-Rusiya zirvəsində bu mövzu da müzakrə olunacaq.
Halbuki,Cenevrədəki görüşün əsas gündəm mövzusu Ukrayna ətrafında cərəyan edən hadisələr,Rusiyanın qərbin qarşısında qaldırdıgı "təhlükəsizlik"zəmanəti kimi mövzular olacaqdı.Bildiyiniz kimi,Rusiya NATO-nun şərqə dogru genişlənməsini qəbul etmir və Brüsseldən bu istiqamətdə rəsmi,yazılı "bəyanat"istəyir.
Əvvəldə vurguladıgım kimi,əslində,kremlin tələbləri,istəkləri daha çox şərt və ultimatum xarakteri daşıyır.Maraqlıdır,qərb Putinin ultimatumuna nə cavab verəcək...
Yuxarıdada qeyd etdiyim kimi,Cenevrə görüşündə müzakirə olunacaq başlıqlardan biri də heç şübhəsiz Qazaxıstandakı etiraz aksiyaları və onun nəticələri olacaq.Xüsusilə,suveren Qazaxıstana KTMT hərbçilərinin daxil olması qərbdə birmənalı qarşılanmır.
Dogrudur,Qazaxıstan KTMT-nin üzvüdür,ancaq bu təşkilatın nizamnaməsində açıq-aydın yazılıb ki,üzv ölkələrin hər hansı birinə xarici intervensiya olarsa,təşkilatın hərbi qüvvələri hərəkətə keçə bilər.KTMT nizamnaməsinin 4-cü maddəsinin 5-ci hissəsində bu maddə aydın şəkildə yazılıb.İndi görünən odur ki,Qazaxıstan prezidenti K.C.Tokayev öz siyasi hakimiyyətini qorumaq və kremlə yarınmaqdan ötrü Rusiyanın KTMT-sini ölkəsinə dəvət edib.
Qazaxıstan hadisələrinin spontan baş verməsini ilk gündən qəbul etməmişəm.Belə ki,Cenevrədə ABŞ-Rusiya danışıqlarının keçiriləcəyi və gündəm mövzularının nə olacagı əvvəlcədən məlum idi.Və belə demək mümkünsə,bütün dünyanın diqqəti Rusiya və Qərb arasında yanvar ayında keçiriləcək üç görüşə yönəlmişdi.Elə bu əsnada,Qazaxıstandakı məlum hadisələr baş verir və KTMT(Əslində,Rusiya)minlərlə hərbçisini,texnikasını bu ölkəyə göndərir.
Şübhəsiz,kreml bütün post-sovet məkanını özünün arxa baxçası(backyard)hesab edir.İndi Cenevrədə keçiriləcək görüşdə Rusiyanın masada əli daha güclü olacaq.Qazaxıstan hadisələrindən kreml böyük ehtimalla Cenevrədə də istifadə etməyə çalışacaq.
Hətta bu gün Rusiyanın xarici işlər nazirinin müavini S.Ryabkov dedi ki,Cenevrədəki görüşlərin nəticəsini belə gözləmədən masanı tərk edə bilərik.
Ryabkovun bu təhdidi olduqca təhlükəlidir və üstəlik,Rusiya son bir neçə gün ərzində də Ukrayna sərhədinə daha çox əlavə hərbçilər göndərməkdə davam edir.Diqqətlə fikir versək bizə aydın olur ki,Rusiya həm Qazaxıstana müdaxilə etəklə,həm də sinxron şəkildə Ukrayna sərhədində silahlı qüvvələrini cəmləməklə əslində sülhə yox,daha çox hərbi müdaxiləyə hazırlaşır.
Rusiya prezidenti V.Putinin SSR-ni yenidən bərpa edəcəyinə əmin olmasam da,deyə bilərəm ki,rus diktator üçün gələcəkdə "ittifaq"dövlətləri kimi Belorus,Ukrayna və Qazaxıstan həyatı əhəmiyyət daşıyır.
Gəldiyimiz nəticə odur ki,Belorus və Qazaxıstanda böyük ölçüdə öz məqsədinə çatan Putinin əsas diqqəti Ukraynaya yönələcək.Mənim də ehtimal etdiyim versiyalardan biri də budur ki,V.Putin qərblə yanvar ayında keçirəcəyi üç toplantıdan cıgallıq edib ayrılacaq.Hal-hazırda Belorus və Qazaxıstanı nəzərə alsaq,Rusiya masada özünü daha "inamlı"hesab edir və düşünür ki,Ukrayna məsələsini də rahat şəkildə öz xeyrinə həll edəcək.
Bu arada,Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali rəhbəri C.Borrel və ABŞ dövlət katibi E.Blinken arasında baş tutmuş telefon danışıgında Ukraynadakı son vəziyyət müzakirə olunub.Hazırda ABŞ və Aİ Ukrayna və Şərqi Avropanın təhlükəsizlik məsələlərini koordinasiya şəkilində müzakirə edirlər.
Həm ABŞ,həm də Aİ anlayır ki,Putinin aqressiyası Avro-Atlantik məkanın təhlükəsizliyinə təhdiddir.Yəni,V.Putinin hərbi müdaxiləsi daha çox qitə Avropanı narahat edir.
Hərçənd,ABŞ hazırda əsas diqqətini Çinə yönəltsə də,qərbdəki müttəfiqlərini də Rusiyanın intervensiyasından qorumaq məcburiyyətindədir.

Kamal Aliyev,
Siyasi ekspert


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi