Co Bayden: “Rusiya Ukraynanı işğal etsə, ən böyük banklarına qarşı sanksiya tətbiq ediləcək”
ABŞ və onun Avropadakı müttəfiqləri Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə ən böyük banklarına sanksiyalar tətbiq etməyi düşünür.
"Margin.az" "Bloomberg"ə istinadən xəbər verir ki, Rusiya Ukraynanı işğal edərsə, ABŞ və onun avropalı müttəfiqləri Rusiyanın ən böyük banklarına ölkənin rublu dollara və digər xarici valyutalara çevirmək imkanlarına qarşı sanksiyalar tətbiq edəcəklər.
Mənbələr bildirib ki, Rusiyanın ən böyük banklarına və Rusiya Birbaşa İnvestisiya Fonduna qarşı tədbirlər də daxil olmaqla, sanksiyalar prezident Co Baydenin Putinlə görüşündə müzakirə edə biləcəyi variantlar arasındadır.