azia.az
azia.az

Şimşək və sel təhlükəsi – FHN-dən vətəndaşlara xəbərdarlıq

Bu gün, 10:10

Fövqəladə Hallar Nazirliyi (FHN) ölkə ərazisində gözlənilən qeyri-sabit hava şəraiti ilə bağlı əhaliyə müraciət edib.

Xəbər verilir ki, “Milli Hidrometeorologiya Xidməti”nin məlumatına əsasən, bu gün axşam saatlarından başlayaraq sabah gündüzədək bəzi bölgələrdə güclü külək, leysan xarakterli yağış, şimşək, eləcə də çaylarda sel və daşqın hadisələri proqnozlaşdırılır.
Nazirlik vətəndaşları təhlükəsizlik qaydalarına ciddi şəkildə əməl etməyə çağırır. Tövsiyələrə aşağıdakılar daxildir:
•     Güclü külək zamanı yüngül konstruksiyalı tikililərdən, reklam lövhələrindən, elektrik dirəklərindən və hündür ağaclardan uzaq durmaq.
•     Yanğın təhlükəsizliyi qaydalarına xüsusilə küləkli havada ciddi riayət etmək.
•     Kiçikhəcmli gəmi istifadəçilərinin dənizə çıxmaması.
•     Sel və daşqın riski olan ərazilərdən uzaq durmaq, təhlükə zamanı yüksəkliyə qalxmaq.
•     İldırım zamanı elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla danışmamaq, açıq havada metal konstruksiyalardan və hündür ağaclardan uzaq durmaq, avtomobildə isə hərəkəti dayandırıb şüşələri qaldırmaq.
FHN-nin müraciətində qeyd olunur ki, bu tövsiyələrə əməl etməklə vətəndaşlar özlərinin və yaxınlarının təhlükəsizliyini təmin edə bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi