azia.az
azia.az

"Naxçıvanda yaşayanlar sizdən qat-qat ləyaqətli insanlardır" - Deputat

24-09-2021, 12:33

"Naxçıvanda yaşayanlar sizdən qat-qat ləyaqətli insanlardır" - Deputat
"Biz öz ərazimizdə hansısa bir məsələnin ATƏT-in kənardan müdaxilə edərək həll etməsinə imkan verə bilmərik. Necə ki, Ermənistan, Rusiya və s. dövlətlər buna imkan vermir".

Azia.az xəbər verir ki, bunu Milli Məclisin deputatı Fazil Mustafa bildrib.

"Azərbaycan da müstəqil bir dövlətdir və niyə buna imkan verməlidir? Ona görə də bu məsələ hesab edirəm ki, Ermənistana 10 noyabr bəyənatının xatırladılması prosesi olacaq. Yəni biz Laçın koridorunu açmışıq, buyurun Zəngəzur dəhlizini də siz açın. Açmırsınızsa, biz Laçın koridorunu mübahisələndirməyə başlayacağıq. Niyə sizə yol mövcud olmalıdır, amma bizə yox? Naxçıvanda yaşayan insanlar sizdən qat-qat şəxsiyyətli və ləyaqətli insanlardır. Necə olur onun yolu yoxdur, amma sizin yolunuz var? Siz hələ terrorçusunuz, separatçısınız, Azərbaycan insanına qarşı aşağılıq şəkildə Xocalı faciəsini törətmiş kəslərsiniz. Sizə niyə yol verməliyik? Ona görə də bu məsələ müzakirə olunacaq və bizim müzakirədən yayınmağımıza hansısa bir ehtiyac yoxdur. Getməliyik və orada konkret mövqeyimizi ortaya qoymalıyıq. Mövqeyimizlə razılaşmasalar da atalar demiş, “Ağa durur, ağacan durur”. Öz yolumuzu davam edib, ərazimizdə olan problemləri həll edəcəyik",- deputat deyib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi