Leyla Şıxlıniskayaya cinayət işi açılması təsdiqləndi-ÖZÜMÜZ MEDİANIN İŞTİRAKI OLMADAN HƏLL EDƏCƏYİK
Xəbər verdiyimiz kimi xalq artisti Leyla Şıxliskayanın rəhbərlik etdiyi klinikaya cinayət işi açılıb. Xatırladaq ki, buna səbəb isə klinikanın iki milyondan çox vergidən yayınması göstərilir. Məlumatda bilirilir ki, CM-nin 213-cü (vergidən yayınma) maddəsilə cinayət işi Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində başlansa da, istintaq davam etdirilməsi üçün iş Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İbtidai Araşdırması Departamentinə göndərilib.
Gununsesi.info-nun əməkdaşı xəbərlə bağlı mövqeyini öyrənmək üçün Leyla Şıxlıniskayanın özünə telefon açıb. Ancaq özünü köməkçi kimi təqdim edən xanım bu məsələnin mediada müzakirə olunmasının əleyhinə olduğunu deyib: “Bizim klinika ölkədə sözünü demiş klinikadır. Hansısa məsələ varsa özümüz həl edəcəyik. Bu barədə mediaya hansısa açıqlama vermək niyyətimiz yoxdur”.