azia.az
azia.az

“Biz Laçın koridorunu açmışıq, Zəngəzur dəhlizini də siz açın, əks halda... ” – Millət vəkili QƏZƏBLƏNDİ

24-09-2021, 11:08

“Biz Laçın koridorunu açmışıq, Zəngəzur dəhlizini də siz açın, əks halda... ” – Millət vəkili QƏZƏBLƏNDİ
“ATƏT-i təmsil edən ölkələrin problemə baxış tərzi ilə bizim yanaşmamaız fərqlidir. Onlar hər zaman beynəlxalq hüquqa sayğısız yanaşıblar. Biz onların qarşısına xəritələri və beynəlxalq hüququ qoyuruq, onlar isə deyirlər ki, buna ehtiyac yoxdur”.

Bu fikirləri KONKRET.az-a açıqlamasında millət vəkili Fazil Mustafa səsləndirib: “Bizim arzumu odur ki, regionda ikinci bir erməni dövləti yaransın və siz buna şans tanıyasınız. Biz artıq onlara reallığı göstərəcəyik ki, sizin arzularınız yerinə yetmədi. Bu artıq o deməkdir ki, ikinci dəfə süni yaradılmış qondarma erməni dövlətinin başı əzildi. Burada yeni situasiya yaranıb və yeni situasiyada Azərbaycanın ərazi bütövlüyü çərçivəsində problemlərin müzakirəsi həll olunacaq. Ərazi bütövlüyümüzə uyğun olaraq hər hansı bir statusdan söhbət gedə bilməz. Biz orada bir azlıq kimi ermənilərə yaşamaq imkanı tanıya bilərik. Azərbaycan Konstitusiyasında onsuz da bu maddələr var və bütün ölkədə olan milli azlıqlar hansı formada mövcuddurlarsa və bərabər hüquqlu yaşayırlarsa, emrənilər də o cür yaşayacaqlar. Özlərindən Amerika icad eləməyə ehtiyac yoxdur”.

“Biz Laçın koridorunu açmışıq, Zəngəzur dəhlizini də siz açın, əks halda... ” – Millət vəkili QƏZƏBLƏNDİ
Millət vəkilinin sözlərinə görə, biz öz ərazimizdə hansısa bir məsələnin ATƏT-in kənardan müdaxiləsi ilə həll edilməsinə imkan verə bilmərik: “Necə ki, Ermənistan, Rusiya və sair dövlətlər buna imkan vermir. Azərbaycan da müstəqil bir dövlətdir və niyə buna imkan verməlidir? Ona görə də bu məsələ hesab edirəm ki, Ermənistana 10 noyabr bəyənatının xatırladılması prosesi olacaq. Yəni biz Laçın koridorunu açmışıq, buyurun Zəngəzur dəhlizini də siz açın. Açmırsınızsa, o zaman biz Laçın koridorunu mübahisələndirməyə başlayacağıq. Niyə sizə yol mövcud olmalıdır, amma bizə yox? Naxçıvanda yaşayan insanlar sizdən qat-qat şəxsiyyətli və ləyaqətlidirlər. Necə olur onların yolu yoxdur, amma sizin yolunuz var? Siz hələ terrorçusunuz, separatçısınız, Azərbaycan insanına qarşı Xocalı faciəsini törətmiş kəslərsiniz. Sizə niyə yol verməliyik? Ona görə də bu məsələ müzakirə olunacaq və bizim müzakirədən yayınmağımıza hansısa bir ehtiyac yoxdur. Getməliyik və orada konkret mövqeyimizi ortaya qoymalıyıq. Mövqeyimizlə razılaşmasalar da atalar demiş, “Ağa durur, ağacan durur”. Öz yolumuzu davam edib, ərazimizdə olan problemləri həll edəcəyik”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi