azia.az
azia.az

Qarabağdakı sülhməramlılara yeni komandir TƏYİN OLUNDU

9-09-2021, 13:25

Qarabağdakı sülhməramlılara yeni komandir TƏYİN OLUNDU
Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinə yeni rəhbər təyin olunub.

Azia.az xəbər verir ki, bu posta Mixail Kosobkov təyinat alıb.

General-mayor Mixail Kosobkov artıq Yerevandadır. O, Ermənistanın müdafiə naziri Arşak Karapetyanla görüşüb.

Qeyd edək ki, Kosobkov Rusiyanın Cənub Hərbi Dairəsinin keçmiş komandir müavini olub, həmçinin Abxaziyadakı Rusiya hərbi bazasına rəhbərlik edib.

Mixail Kosobkov Qarabağdakı sülhməramlı kontingentin rəhbəri postunda general-leytenant Rüstəm Muradovu əvəzləyib (modern.az).


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi