Moskva Abxaziyada işləyən tanınmış komandanı QARABAĞA GÖNDƏRİR - FOTO
Xəbər verdiyimiz kimi, Rüstəm Muradov Dağlıq Qarabağda sülhməramlı missiyasını başa vurub.
Azia.az xəbər verir ki, Sputnik Ermənistan-ın verdiyi məlumata görə, Rusiya sülhməramlı kontingentinin komandanı vəzifəsinə ehtimal olunan namizəd, general-mayor Mixail Kosobokovdur. O, 1999-cu ildə Ryazan Ali Hava-Dəniz Komandirliyi Məktəbini bitirib. Kosobokov 58-ci Birləşmiş Silahlı Qüvvələrin (Cənub Hərbi Dairəsi) komandir müavini vəzifəsində çalışıb. Bir vaxtlar o, Kosobokov Abxaziyadakı rus hərbi bazasına komandanlıq edirdi.
Qeyd edək ki, hələ 2016-cı ildə, Rusiya Federasiyası Prezidentinin 20 Fevral 2016-cı il tarixli, 73 saylı Fərmanı ilə general-mayor rütbəsinə layiq görülmüşdür.