azia.az
azia.az

General Rüstəm Muradovla bağlı ciddi iddialar ortaya çıxdı: O, niyə qovulub?

7-09-2021, 13:02

General Rüstəm Muradovla bağlı ciddi iddialar ortaya çıxdı: O, niyə qovulub?
"Qarabağda Rüstəm Muradovun rəhbərliyi altında həyata keçirilən sülhməramlı fəaliyyət faktiki olaraq Rusiyanın ən rüsvayçı, biabırçı missiyası kimi yaddaşlarda qalacaq. Rusiya tarixində belə uğursuz sülhyaratma missiyası hələ olmamışdı”.

Bunu Azia.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov Qarabağda yerləşən Rusiya sülhməramlıları kontingentinin rəhbəri, missiyası başa çatan general-leytenant Rüstəm Muradovun 10 aylıq fəaliyyətini dəyərləndirərkən deyib. Həmsöhbətimizin fikrincə, Rüstəm Muradov əslində qovulub:
General Rüstəm Muradovla bağlı ciddi iddialar ortaya çıxdı: O, niyə qovulub?
"O, 6 ay müddətinə sülhməramlı kontingentin komandanı olaraq gətirilmişdi. Sonra ermənilərin xahişilə xidmət müddəti bir ilə qədər artırıldı. Lakin son hadisələr, rus sülhməramlıların erməni qadınları ilə rüsvayçı hərəkətləri Moskvanı Muradovu vəzifəsindən uzaqlaşdırmağa məcbur etdi. Rüstəm Muradovun adı həm də rüşvət məsələsilə əlaqədar olaraq hallanır. Erməni diversantların dəyişdirilməsi zamanı Muradova bağlı olan bəzi şəxslər müəyyən ailələrdən qanunsuz vəsait toplayıblar. Hansı ki, həmin vəsaitin müəyyən hissəsi də Muradova çatdırılıb. Bu istiqamətdə ciddi araşdırmalar gedir. Nəticədə Muradov təcili olaraq oradan uzaqlaşdırıldı. Yaxın aylarda Rusiya Cənub Hərbi Dairəsinin Hərbi Prokurorluğu tərəfindən Rüstəm Muradova və tabeliyindəki bir neçə nəfərə cinayət işi qaldırılacaq”.

Ekspert qeyd etdi ki, Muradov müəyyən maraqlar səbəbindən üzərinə düşən vəzifəni yerinə yetirmədi:

"Sülhməramlıları Azərbaycan dəvət edib. Belə olan halda necə olur ki, Rüstəm Muradov Ermənistanın cinayətkar müdafiə nazirilə görüşür? Onlar da ona bahalı hədiyyə verib. Rusiya tərəfi bu kimi şəxslərdən tamam başqa məqsədlər üçün istifadə edib. Bu hal da onun qanuna müvafiq hərəkət etmədiyinin göstəricisidir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi