azia.az
azia.az

Təyyarə Yerevana təkcə general Muradovu apardı, Müdafiə Nazirliyi mühasirədədir

9-04-2021, 11:42



Yerevanda dünəndən etibarən ikinci Qarabağ müharibəsində itkin düşən və hərbi əməliyyatların başa çatmasından sonra Azərbaycan ərazisində yaxalanan erməni hərbçilərinin yaxınları Müdafiə Nazirliyinin bütün giriş-çıxış qapılarını bağlayıb. Virtualaz.org erməni KİV-lərinə istinadən xəbər verir ki, axşam saatlarında Müdafiə Nazirliyinin bəzi yüksək rütbəli nümayəndələri hasardan aşaraq qaçmağa nail olublar, lakin etirazçılar daha sonra bunun da qarşısını alıb.

Təyyarə Yerevana təkcə general Muradovu apardı, Müdafiə Nazirliyi mühasirədədir

Gecə saatlarında isə xəbər yayılıb ki, Azərbaycanda saxlanılan erməni hərbçilərinin bir qrupu Rusiyanın vasitəçiliyi ilə qaytarılır və tezliklə onları aparan təyyarə Yerevanın “Erebuni” aeroportunda yerə enəcək. Həmin erməni diversantlarının yaxınları aerportda gözləməyə başlayıb, təyyarə enib, amma məlum olub ki, içərisində təkcə Rusiyanın Qarabağdakı sülhməramlı qüvvələrinin komandanı, general-leytenant Rüstəm Muradov var. Təyyarənin Bakıdan boş getdiyi haqda xəbərlər yayılsa da “Flightradar” saytının məlumatlarına əsasən o, Yerevana Rostovdan uçub.

Təyyarə Yerevana təkcə general Muradovu apardı, Müdafiə Nazirliyi mühasirədədir

Təyyarənin boş gəldiyini görəndə toplaşanların bir qismi Müdafiə Nazirliyinin qarşısına yollanıb və oradakı etirazçılara qoşulublar. Bu gün səhər saatlarına olan məlumata görə Müdafiə Nazirliyinin binası hələ də mühasirədədir, polis etirazçılarla danışıqlar aparır. Etirazçılar deyirlər ki, onlar Müdafiə Nazirliyinin rəhbərliyinin verdiyi yalan vədlərdən beziblər və yaxınlarının taleyinə aydınlıq gətirilməsini istəyirlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi