azia.az
azia.az

Ramiz Mehdiyevin ailə üzvləri haqda sensasiya – sıra onlara çatır?

Bu gün, 15:57

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin qızının mətbuata açıqlaması birmənalı qarşılanmayıb. Bir çoxları onun atasının vətənə xəyanətdə ittiham olunmasını əsas gətirərək qızının vəzifəsində qalmasını doğru hesab etmir. Bəzi şəxslər hesab edirlər ki, Mehdiyev müəyyən imtiyazlardan məhrum edilibsə, onun ailə üzvləri də hansısa formada sanksiyalara məruz qalmalıdır. Arqumentləri budur ki, onlar o vəzifəyə Mehdiyevin vasitəsilə gəliblər.

Bu yanaşma nə dərəcədə doğrudur?

Xəbər verilir  ki,Globalinfo.az-a danışan hüquq müdafiəçisi Novella Cəfəroğlu deyib ki, Ramiz Mehdiyevin qızı heç vaxt özünü başqalarından üstün tutmayıb:

“Mən onun qızı haqqında çox müsbət fikirlər eşitmişəm. Kamilə Əliyeva həmişə insanlarla münasibətdə səmimi və mehriban davranıb. Eyni zamanda, öz işini mükəmməl bilir və peşəkar fəaliyyətini layiqincə yerinə yetirir. Atasının əməllərinə görə niyə məsuliyyət daşımalıdır?”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi