Dələduzluq edən "vəzifəli şəxs" HƏBS OLUNDU-FOTO
Xəbər verilir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, Xəzər Rayon Məhkəməsində keçirilən prosesdə onun barəsində qərar qəbul edilib.
Qərara əsasən, ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb və 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Qeyd edək ki, əvvəllər də eyni əməllərə məhkum olunmuş Quliyev Anar Sabir oğlu tanışı Abdullayev Kamran Məsməli oğlunun etibarından sui-istifadə edib onu inandırıb aldadaraq, zərərçəkmişin mülkiyyətində olan Bakı şəhəri Binəqədi rayonu, Mir Cəlal küçəsi, 61E ünvanında yerləşən, ümumi sahəsi 1000 kvadratmetr olan dörd mərtəbəli yaşayış sahəsinin təyinatının qeyri-yaşayış sahəsinə dəyişdirilməsi məsələsinin Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşlarının köməkliyi ilə həll ediləcəyini vəd verib.
Təqsirləndirilən şəxs zərərçəkmişlə ayrı ayrı məkanlarda görüşərək ondan ümumilikdə 44.500 manat məbləğində pul alaraq dələduzluq etməkdə ziyan vurub.
