azia.az
azia.az

"Prezident evdən çıxıb və hələ də geri qayıtmayıb" - Edqar Kazaryan

31-08-2021, 14:37

"Prezident evdən çıxıb və hələ də geri qayıtmayıb" - Edqar Kazaryan
“Respublika Prezidentinin ofisi Ermənistan prezidenti Armen Sarkisyanın 9 avqust 2021 -ci ildə tətilə getdiyini açıqlayıb. 22 gün keçib, amma xaricdə istirahət edən respublika prezidenti hələ də Ermənistana qayıtmır”.

Azia.az xəbər verir ki, bu barədə Konstitusiya Məhkəməsinin keçmiş Aparat rəhbəri Edqar Qazaryan öz Facebook səhifəsində yazıb. O vurğulayıb ki, “Bu müddət ərzində onun adından fərmanlar, təbriklər və başsağlığı verilib, ancaq fiziki olaraq iştirak etdiyi görüşlər qeydə alınmayıb”.

“Xarici səyahətləri sevən respublika prezidenti hələ də Ermənistanda özünü rahat hiss etmir”, – deyən Edqar Kazaryanın statusuna görə, Armen Sarkisyan bu ölkədən “qaçmaq” və geri dönməmək üçün daim bir fürsət axtarır”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi