azia.az
azia.az

Litva və Latviya da rus diplomatları ölkədən çıxarır

23-04-2021, 20:46


Litva və Latviya rusiyalı diplomatları ölkədən çıxarır. Bu barədə hər iki ölkənin Xarici İşlər nazirlikləri məlumat yayıb. Latviya xarici işlər naziri Edqar Rinkeviç bildirib ki, Çexiya ilə həmrəylik əlaməti olaraq belə addım atılır.

"Çexiyalı müttəfiqlərimizlə həmrəylik əlaməti olaraq və Vyana Konvensiyasının pozulması ilə əlaqədar Latviya rus diplomatının ölkədən çıxarılmasına qərar verib. Latviya nə özünün, nə də tərəfdaşları və müttəfiqlərinin ərazisində təxribata dözməyəcək", - Rinkeviç Twitterdə yazıb.

Litva isə Rusiya səfirliyinin iki diplomatını ölkədən çıxarmaq qərarına gəlib. XİN-in açıqlamsında deyilir ki, iki rusiyalı diplomat "persona non qrata" elan edilib. Onlar diplomatik statuslarına uyğun olmayan fəaliyyət həyata keçirdikləri üçün Litvadan çıxarılırlar. Diplomatlara yeddi gün vaxt verilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi