azia.az
azia.az

Mübariz Əhmədoğlu: Seçkiönü dövrdə Fransa prezidenti ermənilərə möhtacdır

10-02-2016, 09:52

Mübariz Əhmədoğlu: Seçkiönü dövrdə Fransa prezidenti ermənilərə möhtacdır Mübariz Əhmədoğlu - Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru

Fransa prezidenti Fransua Olland Fransa ermənilərinin təşkil etdiyi naharda iştirak etdi. F.Ollandın ermənilərə belə münasibətinin əsas səbəbi prezident seçkilərinə bir ildən az vaxtın qalmasıdır. F.Olland bəyan etdi ki, Avropa İnsan Hüquqları məhkəməsinin keçmiş sədri Jan Pol Kosteyə tapşırıq verib ki, “erməni soyqırımı” qurbanlarının xatirəsini müdafiə etmək üçün qanunda daha möhkəm, mübahisə doğurmayan yol tapsın və bunu qısa müddət ərzində etsin.
Ermənilər isə F.Ollanddan narazıdırlar:
ı. Qısa müddət ərzində “erməni soyqırımının” kriminallaşması (“erməni soyqırımını” inkar edənlərin cəzalandırılması) barədə qanun qəbul etmək mümkün olmayacaq.
ıı. 2015-ci ilin aprelin 24-də F.Olland “erməni soyqırımının” 100 illiyində iştirakdan sonra simvolik də olsa Bakıya getməməli idi, Azərbaycanın iqtisadi gücünün artmasına şərait yaratmamalı idi.
ııı. F.Olland Azərbaycana Spot-7 kosmik gəmisini satmaqla Azərbaycanın hərbi kəşfiyyat imkanlarını gücləndirib. Bu kosmik gəmi vasitəsilə Azərbaycan Ermənistanın hərbi qüvvələrinə nəzarət edir. Fransa həmsədr ölkə kimi bunu etməməli idi.
Fransa Qarabağ Dostluq Dairəsinə yeni səkkiz üzv daxil oldu.
Qarşıdan prezident seçkilərinin gəlməsi Fransanın Ermənistanla münasibətləri xeyli aktivləşdirməyə vadar edib. Fransanın İnkişaf Agentliyi Ermənistanın kənd təsərrüfatını və su təchizatını yaxşılaşdırmasını nəzərdə tutan layihəni reallaşdırmaq üçün 75 milyon avro vəsait ayırdı. Bu məqsədlə Fransanın inkişaf agentliyi ilə Ermənistan iqtisadiyyat nazirliyi arasında müvafiq sənəd imzalandı.
Fransanın İnkişaf və Frankofoniya məsələləri üzrə dövlət katibi A.Jirarden Ermənistanda səfərdə oldu. “Erməni soyqırımı” abidəsinə baş çəkdi. Onu xarici işlər naziri, baş nazir və prezident qəbul etdi. A.Jirarden AŞPA-da antierməni qətnamələrin qəbul olunmasını yaxşı olmayan hal kimi qiymətləndirdi. Fransanın Ermənistandakı səfiri Jan-Fransua Şarpantye terrorizmə qarşı mübarizənin Ermənistan və Fransa üçün eyni dəyərlər olduğunu bildirdi. Amma səfir unutdu ki, Fransada siyasi terrorun bünövrəsini məhz ermənilər qoyublar. Müsəlmanların Fransada terror törətməsi ikincili hadisədir.
Səfir Jan-Fransua Şarpantye “Oranje”nin Ermənistandan getməsinin səbəblərinə aydın izah verə bilmədi. Ümumi halda bildirdi ki, Ermənistanla ticari əlaqələrin üzərində işləyirik.
Fransanın “Realease” tikinti kompaniyasının başçısı, milliyyətcə erməni Remi Makinaçyan Ermənistanda baş nazirlə görüşdü. O, şəhər tikintisi sahəsində Yerevanda layihələr reallaşdırmaq fikrindədir.
Fransa prezidenti F.Olland prezident seçkiləri ərəfəsində mövqelərini gücləndirmək üçün ermənilərə möhtacdır. Fransa ermənilərinin kimə səs verəcəyi isə hələ bəlli deyil.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi