azia.az
azia.az

Azərbaycanlı Moskva məhkəməsinin ömürlük həbs cəzasından şikayət etdi

9-02-2016, 18:03

Azərbaycanlı Moskva məhkəməsinin ömürlük həbs cəzasından şikayət etdi Azərbaycanlı Xəlil Sarıyev polis əməkdaşının həyatına qəsd etməyə görə, Moskva Şəhər Məhkəməsinin barəsində çıxarmış olduğu ömürlük azadlıqdan məhrum etmə cəzası ilə bağlı hökmdən şikayət verib.
Rusiya mətbuatının verdiyi məlumata görə, X.Sarıyevin vəkilləri də məhkəməyə şikayət təqdim ediblər. X.Sarıyev cinayət hadisəsində təqsirləndirilməsini inkar edərək özünü müdafiə etdiyini bildirib.
İttiham rəyinə əsasən, ötən il aprelin 5-dən 6-na keçən gecə X.Sarıyev bir neçə nəfərlə birgə olduğu mənzilə daxil olan hüquq-mühafizə orqanları əməkdaşlarından biri Sergey Jadobkinə atəş açıb. O, aldığı yaralardan dünyasını dəyişib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi