azia.az
azia.az

ABŞ Dövlət Departamentindən Qarabağ açıqlaması

5-04-2016, 09:16

ABŞ Dövlət Departamentindən Qarabağ açıqlaması “Dağlıq Qarabağda gərginliyin artması ilə əlaqədar biz öz narahatlığımızı ifadə etmişik. Biz Ermənistanı və Azərbaycanı gərginliyi azaltmağa çağırırıq. Atəşkəsə və davamlı sülhə nail olmaq Ermənistan və Azərbaycan liderlərinin siyasi iradəsindən asılıdır. ABŞ Minsk Qrupunun həmsədrlərindən biri kimi tərəfləri danışıq masasına qaytarmaq üçün cəhdlərini davam etdirəcək”.

APA-nın məlumatına görə, bu sözləri ABŞ Dövlət Departamentinin nümayəndəsi Mark Toner Vaşinqtonda gündəlik brifinqdə jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Biz Minsk Qrupunun fəaliyyətini dəstəkləyirik. Həmçinin həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüquq, BMT nizamnaməsi və Helsinki Yekun Aktı, xüsusilə də gücdən istifadə etməmək, ərazi bütövlüyü və öz müqəddəratını təyin etmə prinsiplərinə uyğun nizamlanması üçün vasitəçilik cəhdlərini möhkəm dəstəkləyirik. Bildirdiyim kimi, davamlı sülh ölkə liderlərinin siyasi iradəsindən asılıdır. Biz Minsk Qrupu prosesi çərçivəsində məhz buna nail olmağa çalışırıq”, deyə M.Toner bildirib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi