azia.az
azia.az

"Bacarıqlı Əllər Dünyası“ İctimai Birliyi yeni bir layihəyə start verib

21-05-2017, 21:47

"Bacarıqlı Əllər Dünyası“ İctimai Birliyi yeni bir layihəyə start verib


"Bacarıqlı Əllər Dünyası “ İctimai Birliyi yarandığı gündən bəri Azərbaycan mədəniyyətinin, irsinin, təsviri incəsənət nümunələrinin inkişaf etdirilməsini , təbliği və tədrisini qarşısına məqsəd qoyub. Eyni zamanda milli dəyərlərimizinin gənclərə aşılanması, bu dəyərlərə hörmətlə yanaşılması, onların vətənpərvərlik ruhunda tərbiyyə olunmsı da Birliyin əsas amillərindəndir. Azərbaycan Respublikası Preziden yanında QHT-lərə mailiyyə yardımı ilə gündəmə gələn layihələ bu Birlik fiziki qüsurlu uşaqlar üçün təşkil etdiyi kursları ilə diqqəti cəlb edir. "Bacarıqlı Əllər Dünyası “ İctimai Birliyi cəmiyyətdən təcrid olunmaq, asudə vaxtlarının səmərəli keçirmək, öz bilik və bacarıqlarını nümayiş etdirmək kimi problemlərlə üzləşən əlilliyi olan fiziki məhdudiyyətli şəxslərin rıfah halını yaxşılaşdırmağa , onların cəmiyyətə inteqrasiyasına kömək etməyə nail olur. Bu insanların əksəriyyəti fiziki məhdudiyyətlərinə görə bir sıra tədbirlərdən kənar qalır, cəmiyyətə yararlı ola biləcəklərinə şübhə ilə yanaşırlar. "Bacarıqlı Əllər Dünyası “ İctimai Birliyi də məhz bu məsələlərin həlli yolunda onlara yardım göstərir. Aprel ayının 25 -də "Bacarıqlı Əllər Dünyası “ İctimai Birliyi yeni bir layihəyə start verib. Milli Qəhrəman Fazil Mehdiyevə həsr olunan və silsilə şəklində davam etdirilməsi nəzərdə tutulan “Şəhidlər ölmür” adlı layihədə qəhrəman övladlarımızın xatirəsinin yaşadılması da qarşıya məqsəd kimi qoyulub. Bu layihə müddətində milli qəhrəmanın xatirəsini yaşadacaq kiçik suvenirlər, onun şəkli əks olunan bədii tikmə nümunələri hazırlanacaq. Layihədəki kurslarda iştirak edən Milli qəhrəman Fazil Mustafayevin anası Şövkət xanım birliyin kecirdiyi təlimlərdən ürək dolusu danışır. Nəvəsi Şövkətin hazırladığı əl işlərdən məmun qaldığını bildirir . Valıdeynlər layihə müddətində övladlarının öyrəndiyi işlərdən həvəslə danışırlar. Qeyd edək ki, layihədə ərzində kurslarda iştirak etmək pulsuzdur. Birliyin rəhbəri Azada Məmmədova deyir ki, istənilən şəxs öz qabiliyyət və bacarığına inanırsa,bu işə həvəsi varsa kurslarda iştirak edə bilər. Və İyunun 9-də Xətai prospekti 130 ünvanda keçiriləcək anım tədbirinə qatıla bilər. Tədbirdə Milli Qəhrəmanın ailə üzvüləri ,döyüş yoldaşları və təlimlərdə iştirak edən uşaqlar öz əl işləri ilə iştirak edəcəklər .


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi