İşəgötürənini öldürdü, cəsədini iki gün yandırdı-Bu ölkədə DƏHŞƏT
Xəbər verilir ki, hadisə oktyabrın 28-də Vudend (Woodend) ərazisində yerləşən təsərrüfatlardan birində baş verib.
Məlumata görə, təsərrüfatda fəhlə işləyən Takunda Kazembe 53 yaşlı işəgötürəni Fungai Mpofu ilə işinə dair iradlar səbəbindən mübahisə edib. İddialara görə, o, metal qabla qadının başına bir neçə dəfə zərbə endirib və nəticədə zərərçəkən huşunu itirib.
Zimbabve Milli Polisinin sözçüsü komissar Pol Nyati bildirib ki, şübhəli şəxs daha sonra qadının üzərini çadırla örtüb. Onun öldüyünü gördükdən sonra isə cəsədin üzərinə benzin tökərək yandırıb.
Polis sözçüsünün sözlərinə görə, Kazembe cinayəti gizlətmək məqsədilə cəsədi iki gün ərzində yandırmağa davam edib, daha sonra isə qalıqlardan əldə olunan külü sahəyə səpib.
Bundan əlavə, şübhəlinin işəgötürəninə məxsus təxminən 1,5 ton qarğıdalını və iki mobil telefonu oğurlayaraq satdığı bildirilir.
Hadisədən sonra kənddəki evinə qaçan Kazembe orada saxlanılıb.
Şübhəli şəxsin qətl və digər əlaqəli cinayətlərdə ittiham olunacağı gözlənilir.