azia.az
azia.az

Vəfat edən Milli Qəhrəman Ehtiram Əliyev kimdir?

Bu gün, 20:31

Xəbər verdiyimiz kimi, Azərbaycanın Milli Qəhrəmanı Ehtiram Əliyev noyabrın 15-də müalicə olunduğu Milli Onkologiya Mərkəzində dünyasını dəyişib. Mili Qəhrəmanın tərcümeyi-halını diqqətlə nəzərdən keçirək.

Ehtiram Əliyev 1972-ci il 1 avqustda Ucar rayonunun Qazyan kəndində anadan olmuşdur. Orta təhsilini Ucar rayonunun Qazyan kəndində alıb. 1987-ci il səkkzinci sinfi bitirir və Bakı Maşınqayırma Texikumuna daxil olub. 1992-ci ilin iyunun 5-dən 1996-cı ilin avqustuna qədər hərbi xidmət keçib. 

Onu Naxçıvana göndərirlər. Hərbi təlimlər keçən Ehtiram Sədərəkdə və Batabat yaylağında əsl qəhrəmanlıq səhifələri yazır. Daha sonra onu 1993-cü ildə Ağdam cəbhəsinə göndərirlər. 1994-cü il 5 yanvar tarixində  döyüşçülərimiz hücum edərək erməniləri 45 km geri oturda bildilər. 

Bu döyüşdə Ehtiram yaralanmasına baxmayaraq silahı yerə qoymur, müalicə olunan kimi yenidən səngərə dönür. 20 aprel 1994-cü ildə onu Tərtər cəbhəsinə göndərirlər. Bu döyüşlər zamanı onlarla erməni qruplaşmaları məhv edillir. 

1995-ci ildə vətən qarşısında borcunu yerinə yetirərkən göstərdiyi igidliyə və şücayətə görə ona Azərbaycan Respublikası Prezidentinin 1995-ci il aprel tarixli 307 saylı Fərmanı ilə "Azərbaycanın Milli Qəhrəmanı" adı verilib.

Ehtiram Əliyev 1996-cı ildə ordudan tərxis olunur. 1997–1998-ci illərdə Bakının Sabunçu rayon Polis İdarəsində işləyir. 2000-ci ildə "Təfəkkür" universitetinə qəbul olur. 

Bakı Beynəlxalq və Şəhərlərarası Avtovağzalında rəis müavini vəzifəsində çalışıb və Bakı şəhərində yaşayıb.

15 noyabr 2026-cı ildə vəfat edib. İkinci Fəxri xiyabanda dəfn olunacaq.[




OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi