azia.az
azia.az

İran ABŞ-nin Bəhreyndəki hərbi bazasına hücum edib

Bu gün, 13:57

İran Bəhreyndəki Əl-Rifaa helikopter bazasında yerləşən ABŞ-yə məxsus hava hücumundan müdafiə radarının hücuma məruz qaldığını açıqlayıb.

Oxu24.com  xəbər verir ki, bu barədə İranın "Press TV" telekanalı İslam İnqilabı Keşikçiləri Korpusuna (SEPAH) istinadən məlumat yayıb.

Bildirilib ki, altı pilotsuz uçuş aparatı (PUA) Bəhreyndəki Əl-Rifaa helikopter bazasında yerləşən ABŞ-nin hava hücumundan müdafiə radarını hədəfə alıb.

Mənbə, həmçinin ABŞ-nin neft tankerlərini Hörmüz boğazından keçirmək cəhdlərinin uğursuzluqla nəticələndiyini iddia edib.

Bildirilib ki, boğaz gəmiçilik üçün bağlı olaraq qalır və ABŞ-nin istənilən təcavüzünə daha sərt cavab veriləcək.



OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi