azia.az
azia.az

Lənkəranda tanınmış hotelə BASQIN EDİLDİ

Dünən, 22:52

Əlәt-Astara avtomobil yolunun Lәnkәran rayonu, Göyşaban kәndindәn keçәn hissәsindә, yol kәnarında fәaliyyәt göstәrәn “Mandarin” hotelə basqın olub.

NOCOMMENT.az xəbər verir ki, bıçaqla hotelə basqın edən şəxs orada xadimə işləyən Kəmalə Həsənova və qeydiyyatçı kimi fəaliyyət göstərən qızı Minayə Həsənovaya məxsus üzərilərində olan qızılları tələb edib.

Quldurluq yolu ilə qadınlara məxsus ümumilikdə 5100 manat dəyərində qızılları quldurluq yolu ilə ələ keçirən şəxs hadisə yerindən uzaqlaşıb.

Nə qədər qəribə olsa da, araşdırmalar nəticəsində məlum olub ki, quldurluq hadisəsini törədən şəxs “Mandarin” hotelini işlədən, icarədar Xalıq Cahangirovdur.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi