azia.az
azia.az

Şəkər xəstələri bunu mütləq etsinlər - Endokrinoloq həyəcan təbili çaldı

24-01-2022, 18:29

Şəkər xəstələri bunu mütləq etsinlər - Endokrinoloq həyəcan təbili çaldı
"Piylənmə - Şəkərli diabetin səbəbi qanda insulin hormonunun çatışmazlığı zamanı yaranmış qlükoza maddəsinin yüksək olmasıdır".

Bunu HİT.az-a müsahibəsində Endokrinoloq həkim Gülşən Ruhullayeva deyib.

- Covid-19 şəkər xəstələrinə necə təsir edir?

- Şəkərli diabetli pasiyent Covid-19 virusuna yoluxursa, bu zaman xəstəliyin gedişatı çox ağır, çox daha təhlükəli ola bilir. Şəkərli diabet xəstələrində də xroniki xəstəliklərdə olduğu kimi, immun sistemi, maddələr mübadiləsi düzgün işləmir. Belə düzgün funksiya göstərməyən immun sistemi, maddələr mübadiləsi olan xəstələrə əlavə olaraq koronavirusa da yoluxduqda, orqanizm ona yetərli qədər immun cavab verə bilmir və klinikanın ağır gedişinə səbəb olur. Lakin bu, o demək deyil ki, koronavirusu bütün diabetli xəstələrdə ağır keçir. Bu, xəstənin və xəstəliyin yaşından, xəstəliyin gedişatından və bir sıra başqa faktorlardan asılıdır.
Ona görə də, şəkərli diabetli xəstələr belə riskdən qorunmaq üçün şəxsi gigiyena qaydalarına əməl etməli, qoruyucu maska taxmalı və sosial məsafəni gözləməlidirlər!

- Diabetin əlamətlərini necə müəyyən etmək olar?

- 1. Piylənmə - Şəkərli diabetin səbəbi qanda insulin hormonunun çatışmazlığı zamanı yaranmış qlükoza maddəsinin yüksək olmasıdır. Piylənmədən əziyyət çəkən insanlarda artıq prediabet (gizli şəkər) ya da şəkərli diabet var. Əgər onlar artıq çəkilərini normallaşdırmasalar bu, yaxın vaxtlarda yaranacaq.

2. Şirniyyata yüksək tələbat və iştahanın artımı.

3. Xroniki yorğunluq - şəkərli diabetin belə gizli əlamətini çoxları yüksək iş rejimi, yuxu çatışmazlığı, yanlış qidalanma, stresslər ilə izah etməyə çalışırlar. Əslində isə bu, şəkərli diabetin ilk əlamətlərindən biridir ki, əzələlər və beyin hüceyrələri yetərincə qlükoza almadığına görə, onlar da yorğunluq və yorulma hissləri yaranır.

Bu üç əlamətin mövcudluğu qanda qlükozanın səviyyəsini ölçmək və həkimə müraciət etmək üçün ciddi səbəbdir.

Şəkər xəstələri bunu mütləq etsinlər - Endokrinoloq həyəcan təbili çaldı

- Evdə qan şəkərinin ölçülməsi tezliyi nə qədər olmalıdır?

- Şəkərli diabetli xəstələr isə qanda şəkəri həm acqarına, həm də yeməkdən 2 saat sonra yoxlanmalıdır. Bəzi xəstələrdə acqarına şəkər tam normal, lakin yeməkdən sonrakı şəkərlər 180 rəqəmindən yüksək olur. Qan şəkəri gündə 8 dəfə səhər-günorta-axşam aclıq qan şəkəri, səhər-günorta-axşam toxluq qan şəkəri, yatmazdan öncə, gecə 5-6 civarında ölçülsə, qandakı şəkər haqqında tam məlumat əldə etmək olar. Gün ərzində istənilən anda ölçülən şəkər 180 dən yuxarı deyilsə, ağırlaşmalardan qorunmaq mümkündür.

- Diabet artıq xəstəlik deyil, düzgün yaşayış, qidalanma tərzinə çevrilib deyimi ilə razısınızmı?

- Hazırda 2030-cu ilə kimi əhalinin 45-50%-nin diabet olması proqnoz verilir. Əgər insanlar öz qidalanmalarına fikir verməsələr, fiziki aktivliyin artırmasalar, oturaq həyat tərzi keçirməyə davam edərlərsə, bu proqnoz özünü doğruldacaq. Şəkərli diabeti olan xəstələr özlərini artıq xəstə kimi qəbul etməməlidirlər,çünki şəkərli diabet artıq yeni bir həyat tərzi deməkdir. Şəkərli diabet diaqnozu qoyulmuş insanlar tamamilə həyat tərzini dəyişməlidirlər. Yuxarıda dediyimiz kimi, oturaq həyat tərzini fiziki aktivliklə, qidalarında karbohidrat əvzinə zülallarla əvəz etsələr özlərini şəkərli diabetdən qorumuş ola bilərlər.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi