Uşaqlar arasında virus xəstəliyinin geniş yayılması barədə Səhiyyə Nazirliyindən AÇIQLAMA
Səhiyyə Nazirliyinin baş pediatrı Erkin Rəhimov son zamanlar uşaqlar arasında hərarət, mədə-bağırsaq pozulması, ağzın yara tökməsi kimi əlamətlərlə özünü büruzə verən virus xəstəliyinin geniş yayılması və bunun dəniz vasitəsilə keçməsi barədə yayılan məlumatlara aydınlıq gətirib.
Baş pediatr açıqlamasında yay fəslinə aid bəzi virusların olduğunu, onların yayda daha sıx yayıldığını bildirib:
"Məsələn, rotavirus, adenovirus mədə-bağırsaq pozulmasına səbəb olan, qızdırma ilə olan viruslardır. Bir də koksakiviruslar var ki, bu da əlin, ayağın içində, ağızda yayılan, herpes qrupuna aid olan əl-ağız-ayaq virusu dediyimiz virusdur. Bu, may ayında başlayaraq sentyabra qədər sıx yayılır. Bu xəstəlikdə səpkilər, hərarət, iştahsızlıq olur, nadir hallarda boğaz ağrısı da ola bilər. Eyni zamanda, yayda suçiçəyi də geniş yayılır".
E.Rəhimov deyib ki, hazırda epidemioloji olaraq ölkədə çox geniş yayılan bir virus yoxdur: