azia.az
azia.az

Uşaq Hüquqları Aylığı çərçivəsində Naftalanda hüquqi-maarifləndici tədbir keçirilib

Bu gün, 11:14


 Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva tərəfindən elan olunmuş “Uşaq Hüquqları Aylığı” çərçivəsində Ombudsmanın Qərb Regional Mərkəzinin təşəbbüsü, Naftalan şəhər İcra Hakimiyyətinin və Daxili İşlər Nazirliyinin Naftalan şəhər polis şöbəsinin birgə təşkilatçılığı ilə Naftalan şəhər 1 saylı tam orta məktəbində “Uşaqlar öz hüquqlarını necə başa düşür” mövzusunda hüquqi-maarifləndici tədbir təşkil edilib.

Tədbirdə Regional Mərkəzin rəhbəri Səbuhi Abbasov Ombudsmanın uşaq hüquqlarının müdafiəsi sahəsində həyata keçirdiyi geniş fəaliyyət barədə məlumat verib. Eyni zamanda, Ombudsmana müraciət üsulları, o cümlədən “916” Çağrı Mərkəzi barədə məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.

Daha sonra tədbirdə mövzu üzrə çıxışlar dinlənilib, məktəblilərin sualları cavablandırılıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi