azia.az
azia.az

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılmışdır

Bu gün, 11:20

dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi və qanunsuz miqrasiyaya qarşı mübarizə tədbirləri uğurla davam etdirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Şəki” sərhəd dəstəsinin xidməti ərazisində Azərbaycan Respublikasından Rusiya Federasiyası istiqamətinə dövlət sərhədini pozmağa cəhd göstərən  2 (iki) nəfər Mərakeş Krallığı vətəndaşı – Mohammed Fassih  Ousama Ben Moulay, “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində Gürcüstan istiqamətinə 3 (üç) nəfər Pakistan İslam Respublikası vətəndaşı – Ali Syed Farman, Amir Muhammad Shantazgul  Shah Syed Norman həyata keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində saxlanılmışdır.

Faktlar üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.



 


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi