"Donuz qripi"nə görə 428 nəfərdən analiz götürülüb
“Ölkədə epidemik qrip aşkar olunmayıb ”.
Bu barədə Səhiyyə Nazirliyinin sanitar-epidemioloji xidmət sektorunun müdiri Viktor Qasımov məlumat verib.
V.Qasımov bildirib ki, ölkə ərazisində “donuz qripi” - A ( H1N1) virusuna qarşı profilaktik nəzarət tədbirləri davam etdirilir: “ Xəstəxanalarda həkimlər də ciddi nəzarət edir və şübhəli xəstələr dərhal müayinəyə cəlb edilir. Xəstələr arasında adena, B tipli bəzi qrip virusları aşkar olunur, ancaq "donuz qrip" təhlükəsi yoxdur.
Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının (RTƏS) şöbə müdiri Rita İsmayılova isə Lent.az-a deyib ki, 2016-ci ilin ilk ayından bu günə kimi ümumilikdə 428 nəfər şübhəli xəstədə yaxma nümunələ götürülüb. Laborator tədqiqatları nəticəsində A(H1N1) virusu aşkar edilməyib.
Müayinələr zamanı adena, mövsümi qrip virusları üstünlük təşkil edib.