azia.az
azia.az

“Donuz qripi” ilə bağlı peyvəndləməyə ehtiyac yoxdur" - Nazirlik

12-02-2016, 15:48

“Donuz qripi” ilə bağlı peyvəndləməyə ehtiyac yoxdur" - Nazirlik “Hazırda Azərbaycanda “donuz qripi” təhlükəsinə qarşı peyvəndləmə aparılmır. Ümumiyyətlə, bu işin aparılması nəzərdə tutulmayıb, çünki buna ehtiyac yoxdur”.
Bunu Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O bildirib ki, “donuz qripi” təhlükəsinə qarşı profilaktik tədbirlər davam etdirilir: “Dezinfeksiya işləri aparılır. Həmsərhəd ölkələrdən Azərbaycana gələn insanlar müayinədən keçirilir. Əgər hər hansı şübhəli hal olarsa, onlar hospitallaşdırılır”.
Direktor müavini qeyd edib ki, laborator müayinələrin nəticələrinə görə Azərbaycanda “donuz qripi” qeydə alınmayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi