azia.az
azia.az

480 nəfər "donuz qripi" şübhəsi ilə müayinə olunub

16-02-2016, 12:19

480 nəfər "donuz qripi" şübhəsi ilə müayinə olunub b]“Ölkədə donuz qripi - A( H1N1) virusuna qarşı bütün qabaqlayıcı tədbirlər davam etdirilir və etdiriləcək”.[/b]
Bunu Səhiyyə Nazirliyinin Respublika Taun Əleyhinə Stansiyasının (RTƏS) şöbə müdiri Rita İsmayılova deyib.
Şöbə müdiri qeyd edib ki, qonşu ölkələrdə “donuz qripi” təhlükəli hal aldığından Azərbaycanda da “donuz qripi” virusuna qarşı profilaktik nəzarət tədbirlərinin davam etdirilməsi zəruridir: “İnsanların sıxlıq təşkil etdiyi yerlərdə, məsələn, avtobusda, metroda gündəlik dezinfeksiya işlərinə daha da ciddi yanaşılması üçün tapşırıqlar vermişik. 2016-cı ilin ilk ayından bu günə qədər təxminən 480 nəfər şübhəli xəstədən yaxma nümunəsi götürülüb. Hazırda ölkədə epidemik qriplə bağlı vəziyyət stabildir”.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi