Türkiyənin "S-400"ləri kimə satdığı MƏLUM OLDU
Türkiyənin Rusiyadan aldığı S-400 zenit-raket komplekslərini Fars körfəzi ölkələrindən birinə satdığı iddia edilir.
Xəbər verilir ki, Türkiyənin “Hürriyet” qəzetinin yazdığına görə, komplekslərin alıcısının Birləşmiş Ərəb Əmirlikləri və ya Qətər olacağı bildirilir.
Bununla belə, sövdələşmə ilə bağlı hələlik rəsmi təsdiq verilməyib.
Nəşr qeyd edir ki, Ankaranın S-400 sistemlərindən imtina etməsi ABŞ-ın CAATSA sanksiyalarının ləğvinə şərait yarada və Türkiyənin F-35 qırıcılarının istehsalı proqramına yenidən qoşulmasının qarşısındakı maneələri aradan qaldıra bilər.
Xatırladaq ki, ABŞ daha əvvəl dəfələrlə Rusiya istehsalı olan S-400 hava hücumundan müdafiə sistemlərinin Türkiyə Silahlı Qüvvələrinin arsenalında qalmasına etiraz etmişdi. Məhz bu səbəbdən Vaşinqton Ankaranı F-35 proqramından çıxarmış və CAATSA çərçivəsində sanksiyalar tətbiq etmişdi.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammiti zamanı ölkəsinin F-35 proqramına yenidən qayıdacağına əmin olduğunu bildirmişdi.
Müşviq Tofiqoğlu