azia.az
azia.az

Gənclik və gözəllik şairi Ənvər Əlibəyli - 100

14-04-2016, 10:13

Gənclik və gözəllik şairi Ənvər Əlibəyli - 100 Dünən Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin təşkilatçılığı ilə Binəqədi Rayon MKS-nin Mərkəzi Kitabxanasında "Gənclik və gözəllik şairi Ənvər Əlibəyli - 100" başlığı altında tədbir keçirilib.
Tədbiri giriş sözü ilə kitabxananın direktoru Rəna Biləndərli açaraq şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, tərcüməçi və ictimai xadim Ənvər Əlibəylinin həyat və yaradıcılığı haqqında iştirakçıları məlumatlandırıb.
Daha sonra söz qonaqlara verilib: AMEA Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin Elmi Şurasının üzvü, filologiya elmləri doktoru, şairin qızı Şəfəq Əlibəyli, əməkdar incəsənət xadimi, Azərbaycan Yazıçılar birliyinin üzvü, "Azərbaycan" jurnalının baş redaktoru İntiqam Qasımzadə, Bakı Slavyan Universiteteinin Azərbaycan ədədbiyyatı kafedrasının dossenti Fərrux Məmmədov çıxışlar edərək sözün qüdrətindən, dəyərindən bəhs edən nəğməkar şair, ictimai xadim Ənvər Əlibəylinin həyatı, vətəni bütün çalarları ilə tərənnüm edən şeir-sənət dünyasından-poetikasından söhbət açdılar.
"Mədəniyyət" qəzetinin əməkdaşları:Tahir Əhmədalılar "Qəlbdən qələmə..." və Savalan Fərəcov "Səni tərənnüm edirəm, doğma Azərbaycanım" məqalələrinin müəllifləri, Ənvər Əlibəylinin yazıçı-jurnalist kimi fəaliyyətinə nəzər saldılar. Qeyd olunduki, Ə.Əlibəyli 40-cı illərin axırında "İnqilab və mədəniyyət", "Təbliğatçı" jurnallarının məsul katibi olmuş, 1948-1952-ci illərdə Azərbaycan Yazıçılar İttifaqının mətbu orqanı olan "Ədəbiyyat qəzetinin" redaktoru, 1952-ci ildən ömrünün axırınadək Respublika Radio və Televiziya Verilişləri Komitəsinin sədri vəzifələrində işləmişdir. Həmçinin, SSRİ Ali Sovetinin deputatı olmuşdur.
Daha sonra 26 nömrəli Uşaq və Gənclərin Yaradıcılıq Mərkəzinin şagirdlərinin ifasında Ə.Əlibəylinin "Qaranquş" və "Azərbaycan" şeirlərindən ibarət kompozisiya təqdim olunub.
Şairin qızı Şəlalə Əlibəyli ailəsi adından tədbirin təşkilatçılarına təşəkkürünü bildirdi və atasının parlaq və yaradıcı şəxsiyyət, mehriban və kövrək insan olmaqla yanaşı, təvazökar həm də çox mehriban, qayğıkeş, səmimi, diqqətçil ailə başçısı, həyat yoldaşı və ata olduğunu vurğuladı.
Ənvər Əlibəyli öz şeirləri ilə oxucuların qəlbində xoş xatirələrlə bugündə yaşayır. Onun "Zibeydə", "Ağacda leylək", "Sevgilim", "Sevgi valsı", "Dörd dost" və bir çox şeirlərinə mahnılar bəstələnib. Vətənində azadlığın, haqq-ədalətin qələbə çalmasını istəyən şairin əsərləri bu gün üçün də çox aktualdır.
Sonda tədbir iştirakçıları şairin kitablarından ibarət sərgi ilə tanış olub və şairin sözlərinə yazılmış mahnılarından ibarət disk kitabxanaya hədiyyə edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi