azia.az
azia.az

Bu müəllimlərin maaşı artırıldı - RƏSMİ

Bu gün, 09:43

Dekabrın 1-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) Elmi Şuranın növbəti iclası keçirilib. İclasda rektor Rüfət Əzizovun təqdimatı əsasında professor-müəllim heyətinin əməkhaqlarının artırılması barədə qərar qəbul olunub.

Xəbər verilir ki, yeni qərara əsasən əməkhaqqılareda aşağıdakı kimi dəyişiklik edilib.

Dekan, kafedra müdiri, dosent, baş müəllim və müəllimlərin maaşı 15-20%,

Tyutorların maaşı 33%,

Laborantların maaşı 20% artırılıb.

Artımdan sonra əməkhaqları belə olacaq:

Professor – 2150 AZN

Dosent – 1700 AZN

Baş müəllim – 1500 AZN

Müəllim – 1350 AZN

Universitetdə əlavə olaraq elmi nəticələrə əsaslanan differensial əmək haqqı sistemi də tətbiq olunur. 2025-ci ildə 270 nəfər bu sistemdən faydalanıb.

Artırılmış maaşlar əməkdaşlara 1 yanvardan etibarən ödəniləcək.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi