azia.az
azia.az

Elm və Təhsil Nazirliyində yeni bölmə YARADILDI

Bu gün, 14:52

Elm və Təhsil Nazirliyinin strukturunda dəyişikliklər aparılır. Peşə təhsilinə cavabdeh olan yeni bölmə yaradılıb”.
Redaktor.az
xəbər verir ki, bu barədə dekabrın 2-də keçirilən “Peşə təhsili: nailiyyətlər və çağırışlar” konfransında Elm və Təhsil Nazirliyinin Aparat rəhbəri Mətin Kərimli bildirib.
Onun sözlərinə görə, ölkə üzrə peşə təhsili siyasətini müəyyən edən, bu sahədə planlaşdırma, monitorinq və qiymətləndirmə funksiyasını həyata keçirən müvafiq qurum fəaliyyət göstərir. 

"Eyni zamanda, bu qaydaların və siyasətlərin icrasına məsul olan, əməliyyat funksiyalarını yerinə yetirən Peşə Təhsili üzrə Dövlət Agentliyi mövcuddur. Bizim uğurumuz, əlbəttə ki, həm siyasət qanadının, həm əməliyyat qanadının, həm də yerlərdə bütün işi görən peşə təhsili müəssisələrinin birgə fəaliyyətindən asılıdır”, - deyə M.Kərimli vurğulayıb.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi