azia.az
azia.az

Qulu Ağsəsin şeirlər kitabı ingilis dilində çap olunub

13-04-2016, 16:28

Qulu Ağsəsin şeirlər kitabı ingilis dilində çap olunub “Ulduz” jurnalının baş redaktoru, şair Qulu Ağsəsin şeirlər kitabı ingilis dilində çapdan çıxıb. Azərbaycan Yazıçılar Birliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Mütərcim” nəşriyyatı tərəfindən "Contemporary Azerbaijani Poetry" (“Müasir Azərbaycan şeiri”) seriyası ilə buraxılan kitab “Dawn” (Dan yeri) adlanır.
Kitabın ingilis dilinə tərcüməçisi və “Ön söz”ün müəllifi Kamran Nəzirlidir. Nəşrdə qeyd olunub ki, Qulu Ağsəsin ingilis dilində təqdim olunan şeirləri modern şeirin tələblərinə cavab verməklə yanaşı, poetikası, bədii-fəlsəfi yükü və yeni nəfəsli polifonik duyğu dəyişmələri ilə fərqlənir.
Kitaba şairin son illər yazdığı şeirlər, o cümlədən, “Qarabağ şikəstəsi”, “Sənsən hər yer”, “Külək poçtdu”, “Müharibə əlili”, “Qiyamət” və s. şeirləri də daxil edilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi