azia.az
azia.az

Bananın inanılmaz FAYDASI

Bu gün, 12:24

Diyetoloqlar Laura M. Ali və Meqqi Mun bananın beyin sağlamlığına təsiri ilə bağlı yeni məlumatlar açıqlayıb.

Medianews.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, xüsusilə tam yetişməmiş bananlar beyin üçün daha faydalı hesab olunur. Onların tərkibində olan prebiotiklər neyronlarda sərbəst radikalların yaranmasını azaldır, beyində iltihabı zəiflədir və idrak funksiyalarını yaxşılaşdırır.

Diyetoloqlar bildiriblər ki, banan həmçinin lif, C vitamini və antioksidantlarla zəngindir. Bu maddələr də beyin fəaliyyətinə müsbət təsir göstərir.

Bundan əlavə, bananda karotinoidlər, B6 vitamini, fol turşusu və B12 vitamini kimi maddələr var ki, onlar yaddaşın, əhvalın və sinir sisteminin düzgün işləməsində mühüm rol oynayır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi