azia.az
azia.az

Ağstafa rayonu ərazisində keçirilmiş təcili təxirə salınmaz əməliyyat barədə-OPERATİV MƏLUMAT

30-01-2019, 16:17

Ağstafa rayonu ərazisində keçirilmiş  təcili təxirə salınmaz əməliyyat barədə-OPERATİV MƏLUMAT
Azia.az xəbər verir ki, 2019-cu il 30 Yanvar tarixində saat 11:44-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Eynallı kəndi ərazisində mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Ağstafa rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Ağstafa rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş ərazidə otlaq sahəsinə baxış keçirilmişdir. Yerli əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə ərazi polis tərəfindən mühasirəyə alınmışdır. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təcili təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd tərkibində heç bir partladıcı maddə olmayan 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar olunmuş, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınmışdır.

Minaatan mərminin ətrafında 1,600 kv.m əraziyə yerüstü, 500 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 30 yanvar 2019-cu il tarixlərində 24 siqnal (əməliyyat çağırışı) əsasında 19 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağstafa, Goranboy, Göygöl, Xızı, Qazax, Salyan, Şəmkir, Tovuz rayonları, Bakı, Gəncə, Mingəçevir, Şəki və Lənkəran şəhərləri ərazisində 2 ev və həyətyanı sahəyə, əkin və otlaq sahəsinə, yol kənarına, dəniz sahilinə baxış keçirilmiş, 82 ədəd partlamamış hərbi sursat (PHS) və 2 ədəd tank əleyhinə mina zərərsizləşdirilmiş, 12,900 kv.m ərazi yerüstü və 2,700 kv.m ərazi yeraltı yoxlanılmışdır.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi