azia.az
azia.az

Daha 3 hərbi sursat aşkarlandı

20-06-2016, 01:56

Daha 3 hərbi sursat aşkarlandı Tərtər və Ağdam rayonlarında partlamamış hərbi sursat aşkarlanıb.

APA-nın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatında bildirilir.
Məlumata görə, iyunun 19-da Tərtərin Cəmilli kəndində Su kanalının yaxınlığında 4 partlayış yerinə baxış keçirilib, 1 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilərək götürülüb, nəticə etibarı ilə 6 000 kv. m ərazi yoxlanılıb.

Ağdamın Mahrızlı kəndində isə 1 ev və həyətyanı sahə, 1 əkin sahəsində 3 partlayış yerinə baxış keçirilib, 2 ədəd partlamamış hərbi sursat (9M22U raketinin (Qrad) mühərrik hissəsi) aşkar edilib, nəticə etibarı ilə 9 500 kv. m ərazi yoxlanılıb.

Ümumilikdə Agentlik tərəfindən 7 Aprel – 19 İyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 619 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 539 ədəd partlamamış hərbi sursat, 14 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 8 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi