azia.az
azia.az

Tərtər və Füzulidə partlamamış mərmilər aşkarlandı

12-06-2016, 05:11

Tərtər və Füzulidə partlamamış mərmilər aşkarlandı Tərtər və Füzuli rayonlarında partlamamış mərmilər aşkarlanıb. Lent.az-ın məlumatına görə, bu barədə Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) hesabatında bildirilir.

Məlumata görə, iyunun 11-də Tərtər rayonunun Cəmilli kəndi ərazisində 1 ədəd 9M22U raketinin (Qrad) mühərrik hissəsi, Şıxarx kəndi ərazisində isə 1 ədəd 122 mm-lik OF-56 top mərmisi aşkar edilərək götürülüb.

Füzuli rayonunun Qazaxlar kəndi ərazisində 1 ədəd 120 mm-lik minaatan mərmi və 1 ədəd 125 mm-lik tank mərmisi aşkar edilərək götürülüb.
Ümumilikdə Agentlik tərəfindən 7 aprel – 11 iyun 2016-cı il tarixlərində Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Füzuli, Goranboy, Tovuz, Samux, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt və Bakı şəhərlərində 593 ev və həyətyanı sahə, 2 hərbi hissə, 2 kənd qəbiristanlığı, 5 kənd orta məktəbi, 1 tibb məntəqəsi, 22 ferma, əkin sahələri və 1 çaxır zavodu ərazisinə baxış keçirilib, 1 521 ədəd partlamamış hərbi sursat, 11 ədəd piyada əleyhinə mina (PMN), 3 ədəd piyada əleyhinə POMZ-2 və 7 ədəd tank əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilib.

Hal-hazırda Agentlik tərəfindən yaradılmış xüsusi təyinatlı mobil çevik qrupları minaaxtaran itlərin dəstəyi ilə təmas xəttində yerləşən kəndlərdəki evlərlə yanaşı məktəblər və digər obyektlərin yerləşdiyi ərazilərdə əməliyyatları davam etdirir.


OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR

MARAQLI
TƏQVİM
MƏZƏNNƏ
 Valyuta məzənnəsi